EN

Kreml paraddan siyasi məqsədlər üçün istifadə etdi - ŞƏRH

Bu gün Moskvada 1941-1945-ci illər müharibəsindəki qələbənin 80 illiyi münasibətilə hərbi parad keçirlib. Mərasimdə 20-dən çox xarici ölkə lideri iştirak edib. Onların arasında Ermənistanın baş naziri Nikol Paşinyan, Belarus prezidenti Aleksandr Lukaşenko, Çin prezidenti Si Cinpin, Serbiya prezidenti Aleksandr Vuçiç, Slovakiyanın baş naziri Robert Fiko, Vyetnam Kommunist Partiyasının baş katibi To Lam, Braziliya prezidenti Luiz İnasio Lula da Silva da var.

Pusiya prezidenti Vladimir Putinin başda olsuğu mərasim telekanallar vasitəsilə canlı yayımlanıb.

13 ölkənin parad bölmələri də Qırmızı Meydandan yürüş ediblər.

Modern.az –ın məlumatına görə, siyasi şərhçi Elxan Şahinoğlu deyib ki, Moskvadakı parad Rusiyanın işğaılçılıq siyasətini nümayiş etdirib:

“Rusiya televiziya kanallarında Moskvada keçirilən 9 may paradını izlədim. Qısa müşahidəm əsasında Prezident İlham Əliyevin həmin tədbirdə iştirak etməməsinin doğru qərar olmasının sadəcə iki səbəbini söyləyim. Birincisi, paradda qonaqların hamısının yaxasında “gerogi lenti” var idi. Qonaq dövlət başçılarından kimsə bunu yaxasına vurmaqdan imtina edə bilməzdi, bu məcburi idi. “Georgi lenti” isə Rusiya işğalının rəmzidir. Rusiyadakı şovinistlər Gürcüstan torpaqlarını işğal edəndə georgi lentini yaxalarına taxırdılar, Ukraynaya qarşı işğalçı müharibədə də yaxalarını bu lentlər "bəzəyir". Gürcüstanın və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən Azərbaycan Prezidenti yaxasına işğalçı rəmzi vurmaz.
İkincisi, hərbi texnikanın Qızıl meydandan keçidi zamanı aparıcı tez-tez Ukraynanın adını çəkmədən bu ifadəni işlədirdi: “Bu hərbi texnikadan “xüsusi əməliyyat” zamanı istifadə edilir”. Bu da bir daha göstərir ki, Kreml bu paraddan siyasi məqsədlər üçün istifadə edib”.

Chosen
0
25
modern.az

10Sources