EN

“Aztelekom”un bayrağı Heydər zirvəsində

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (Holding) tərkibində fəaliyyət göstərən “Aztelekom” MMC-nin əməkdaşı Nicat Səfərov ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə təşkil olunan yürüşdə iştirak edərək 3 min 751 metr hündürlüyü olan Heydər Zirvəsinə qalxıb.

Zirvədə “Aztelekom” əməkdaşları Azərbaycan və “Aztelekom”un bayraqlarını dalğalandırıblar.

Uğurla yekunlaşmış “Onlayn Azərbaycan” meqalayihəsinin əsas operatoru olan “Aztelekom” genişzolaqlı və mobil şəbəkə təhlilləri üzrə qlobal şirkət “Ookla”nın “Ən sürətli Sabit Şəbəkə üzrə Speedtest Mükafatı” və rəqəmsal transformasiya məsələləri üzrə 45 illik beynəlxalq təcrübəsi olan nüfuzlu “İDATE” şirkətinin “Ev Təsərrüfatlarının Genişzolaqlı İnternetə Qoşulmasının İnkişafı ilə Bağlı Ən Yaxşı Təcrübə” mükafatlarına layiq görülüb. Hər iki mükafat ölkə tarixində ilk dəfə olaraq sabit şəbəkə internet provayderinə təqdim olunub.

Qəzənfər QASIMOV
XQ

Chosen
0
2
xalqqazeti.az

6Sources