EN

Rusiyada meşə yanğınlarının sahəsi bir gündə iki dəfədən çox artıb

Rusiya Federasiyasının Buryatiya Respublikasında meşə yanğınları 24,7 min hektar ərazini əhatə edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Respublikanın Meşə Təsərrüfatı Agentliyi məlumat yayıb.

"Əməliyyat məlumatlarına əsasən, mayın 9-da səhər saatlarında Bauntovski Evenki və Yeravninski rayonlarında ümumi sahəsi 24 698 hektar olan 18 meşə yanğını baş verib", - agentlikdən bildirilib.

Ötən gün respublika ərazisində 10 539 hektar ərazini əhatə edən 21 meşə yanğını qeydə alınıb.

"Son 24 saat ərzində Cidinski, Yeravninski, Zaiqrayevski, Kabanski və Kyaxtinski rayonlarında 6 yanğın söndürülüb", - qurum dəqiqləşdirib. Hazırda yanğınla 403 nəfər - meşə mühafizəsi xidmətinin, mülki şəxslər əməkdaşları mübarizə aparır. Yanğın ərazilərinə 94 ədəd meşə yanğınsöndürmə texnikası cəlb olunub.

Chosen
0
report.az

1Sources