EN

Yeməkdə toyuq yeyən 126 işçi zəhərləndi

Samsunda 7 müxtəlif fabrikdə çalışan 126 işçi, eyni yemək şirkəti tərəfindən göndərilən toyuq yeməyindən zəhərlənib.

Sherg.az xəbər verir ki, hadisə Tekkeköy rayonundakı Sənaye Zonasında baş verib. İddiaya görə, bir yemək şirkəti tərəfindən hazırlanmış toyuq yeməyi 7 fabrikdə çalışan işçilərə verilib.

Yeməkdən bir müddət sonra qusma, qızdırma, ürəkbulanma və başgicəllənməsi kimi şikayətləri yaranan 126 nəfər öz imkanları ilə xəstəxanaya müraciət edib.

Zəhərlənmə şübhəsi ilə müalicəyə alınan işçilərin vəziyyətlərinin yaxşı olduğu bildirilib.

Hadisə ilə bağlı araşdırma başlanılıb.


Chosen
0
sherg.az

1Sources