EN

Zelenski Trampla iqtisadi tərəfdaşlıq haqqında sazişi müzakirə edib

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampla telefonla danışıb.

APA xəbər verir ki, Zelenski bu haqda özünün “Telegram” kanalında məlumat verib.

" Biz həqiqətən tarixi sənəd olan iqtisadi tərəfdaşlıq haqqında sazişin Ali Rada tərəfindən ratifikasiya edilməsini alqışladıq. Bu, əməkdaşlıq üçün bir çox yeni imkanlar açacaq. Biz sülh üçün gələcək səylərin, xüsusən də atılacaq konkret addımların zəruriliyini müzakirə etdik", - Zelenski bildirib.

Onun sözlərinə görə, Tramp cəbhədəki vəziyyətlə maraqlanıb.

Zelenski həmçinin Ukraynanın 30 günlük atəşkəsə hazır olduğunu deyib.

Chosen
0
6
apa.az

10Sources