EN

Vens: ABŞ Hindistan və Pakistan arasındakı müharibəyə qarışmaq niyyətində deyil

BAKI, 8 may. TELEQRAF

ABŞ Hindistan və Pakistanı gərginliyi azaltmağa təşviq etməyə hazırdır, lakin ölkələr arasındakı müharibəyə qarışmaq niyyətində deyil.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Devid Vens deyib.

"Biz onları gərginliyi azaltmağa təşviq edə bilərik, lakin mahiyyət etibarilə bizə aid olmayan müharibəyə qarışmaq niyyətində deyilik", - o, “Fox News” telekanalına müsahibəsində bildirib.

Vensin sözlərinə görə, ABŞ nə Hindistana, nə də Pakistana “silahı yerə qoy!” deyə bilməz. "Biz bu məqsədə diplomatiya vasitəsilə nail olmağa çalışacağıq", - Vens deyib və ABŞ lideri Donald Trampın bu münaqişədə gərginliyin tezliklə azaldılmasında maraqlı olduğunu əlavə edib.

Chosen
0
50
teleqraf.com

10Sources