EN

Rusiya aviaşirkətləri normal qrafikə qayıtdı


Rusiyada sərnişin daşımalarının 96%-ni həyata keçirən Rusiyanın aparıcı aviaşirkətləri öz adi cədvəlinə uyğun reyslərə qayıdıblar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyi məlumat yayıb. 
Nazirlik qeyd edib ki, mayın 6-7-də hava nəqliyyatı cədvəlində fasilələr əsasən Moskva hava limanlarının ərazilərində tətbiq edilən məhdudiyyətlər səbəbindən yaranıb:
“Kütləvi məhdudiyyətlər təkrarlanmasa, Rusiya mülki aviasiyası sərnişinlərin və biznesin maraqları naminə fəaliyyətini davam etdirəcək”.
Chosen
0
yeniavaz.com

1Sources