
Murovdağ yüksəkliyində aparılan döyüşlərdə top komandiri kimi iştirak etmişdir. Xidmətinə görə Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə “Kəlbəcərin azad olunması” və “Vətən uğrunda” medalları ilə təltif olunmuşdur.
Bu yaxınlarda Ceyhun Novruzov kitap təqdimatına hazılaşır.
Kitab, Azərbaycanın son 30 ildə keçdiyi yolu – o cümlədən II Qarabağ müharibəsini – fəsillərə bölünmüş şəkildə izah edir. Hər fəsildə ölkəmizin yaşadığı siyasi, ictimai və hərbi mərhələlər, çətinliklər və zəfərlər ardıcıl və axıcı şəkildə təqdim olunur. Müəllif Azərbaycanın işğal dövründən zəfərə gedən yolunu simvolik başlıqlar altında təsvir edərək, xalqın mübarizəsini və liderlərin tarixi rolunu oxucuya çatdırır.
Kitab “Öç” adlı hekayə ilə başlayır. Bu hekayədə Azərbaycanın torpaqlarının işğalından, xalqımızın yox olmaq təhlükəsi ilə üz-üzə qalmasından və onu bu fəlakətdən xilas edərək zəfərə aparan liderlərdən bəhs olunur.
“Xaos” başlığında Azərbaycan SSR dövrü və Sovet imperiyasının dağılmasının səbəbləri əks olunur.
“Qaranlıq” bölməsində 20 Yanvar faciəsi və həmin günlərdə Dənizçilərin göstərdiyi qəhrəmanlıq təsvir edilir.
“Xilaskar” başlığında isə Azərbaycanın yenidən dirçəlməsi, yox olmaqdan son anda xilas edilməsi və Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası geniş şəkildə təqdim olunur.
“30 ilin tənhalığı” bölməsində xalqımızın işğal altında olan torpaqlara olan həsrəti, və bu illər ərzində dünyanın bu ədalətsizliyə susqun qalması ön plana çıxarılır.
“Əsrin sərkərdəsi” başlığında Ali Baş Komandan İlham Əliyevin II Qarabağ müharibəsindəki böyük rolu, həyata keçirilən uğurlu antiterror əməliyyatları və xalqımızın qazandığı şanlı zəfər ətraflı şəkildə əks etdirilir.
Ceyhun Novruzov Ərani oğlu






Günel Ayxan,
Gender.Az