Andreas Kristensen yayda “Barselona”nı tərk edəcək.
Danimarkalı futbolçu ilə bağlı xəbəri “Relevo” yayıb. Bu mənbəyə görə, İspaniya klubu müdafiəçinin tez-tez zədə alması və maliyyə şərtləri səbəbindən mövsümün sonunda müqaviləyə vaxtından əvvəl xitam verəcək.
Danimarka millisinin üzvü “Barselona”da 2022-ci ildən çıxış edir. 29 yaşlı futbolçu bu mövsüm 3 matçda meydana çıxıb.