EN

Ev şəraitində diş ağrısını kəsmək üçün ən effektiv MƏHLUL

Diş ağrısı son dərəcə xoşagəlməz bir hissdir. Aydındır ki, belə bir problemlə diş həkiminə getmək lazımdır, lakin dərhal həkimə müraciət etmək həmişə mümkün olmur.

Bizim.Media xəbər verir ki, ortodont Mariya Balakireva diş ağrılarını ev şəraitində necə aradan qaldırmağın yollarını açıqlayıb.

O, belə hallrda ağız boşluğunu duzlu su məhlulu ilə yaxalamağı məsləhət görüb. Məhlulu hazırlamaq üçün bir stəkan isti suda yarım çay qaşığı duzu həll etmək lazımdır. Məhlul bitənə qədər ağzı yaxalamaq lazımdır. Lazım gələrsə, bir müddət sonra prosedur təkrarlana bilər.

Mariya Balakireva, belə bir konsentrasiyada duzun dezinfeksiyaedici rol oynadığını və iltihabı azaltmağa kömək etdiyini qeyd edib. Ağrının səbəbi iltihablı bir prosesdirsə, məhlul narahatlığı müvəqqəti olaraq aradan qaldırmağa və iltihabın inkişafını yavaşlatmağa kömək edəcəkdir.

Mütəxəssis eyni zamanda vurğulayır ki, əgər dişiniz ağrıyırsa, dərhal həkimə müraciət etməlisiniz. Diş həkiminə baş çəkmək problemdən qurtulmağın ən yaxşı yoludur. Duzlu məhlül ilə yaxalama yalnız ağrıkəsici təsir göstərir və peşəkar müalicənin əvəzi deyil.

Bizim.Media

Chosen
0
1
bizim.media

2Sources