EN

Yeni seçilən Roma Papasının kimliyi məlum oldu-FOTO

Vatikanda yeni Papa seçilib və o, Robert Prevo olub. O, Liviya XIV adını qəbul edib, məlumatı RİA Novosti yayıb.

 Tribunainfo.az xəbər verir ki, Roma Papası həmçinin Müqəddəs Taxtın başçısı və Vatikan şəhər-dövlətinin rəhbəridir.

Mayın 7-də Vatikan Konklavı başladı – 133 kardinal yeni Papa seçmək üçün Sikstin Kilsəsində toplaşdı.

Öncə isə Vatikanda Papa Fransiskə (Xorxe Mario Bergolyoya) aid olan iki hökmranlıq simvolunun etibarsız sayılması proseduru həyata keçirildi.

Papa Fransisk (Xorxe Mario Bergolyo) 21 aprel 2025-ci ildə uzun müddətli xəstəlikdən sonra vəfat edib. Onun yaşı 88 idi. 2013-cü ildə o, sağlamlıq problemləri səbəbilə taxtdan imtina edən Papa Benedikt XVI-nın yerini tutmuşdu.

Əvvəlki xəbərlərdə isə bir yepiskop, rusiyalı bir şəxsin Papa olma ehtimalını qiymətləndirmişdi.

Chosen
0
tribunainfo.az

1Sources