BAKI, TurkicWorld
Vatikanın Sikstin Kapellasında keçirilən konklavda Roma Katolik Kilsəsinin yeni rəhbəri – 267-ci Papa seçilib. Kapelladan ağ tüstünün qalxması, onun seçildiyini göstərir.
TurkicWorld xəbər verir ki, konklavda 80 yaşdan aşağı olan 133 kardinal iştirak edib. Yeni Papanın seçilməsi üçün namizədin ən azı 89 səs toplaması, yəni üçdə iki dəstəyə sahib olması tələb olunurdu.
Yeni seçilmiş Papa tezliklə Müqəddəs Pyotr Bazilikasının eyvanında, adətə uyğun olaraq papalıq adını elan edəcək və “Urbi et Orbi” (şəhərə və dünyaya) xütbəsi ilə xeyir-dua verəcək.