EN

Türk Hava Yollarının Rusiyaya uçuşları bu tarixdə bərpa olunacaq

Rusiyanın Nəqliyyat Nazirliyi, Federal Hava Nəqliyyatı Agentliyi və Türk Hava Yolları Türkiyə ilə Rusiya Federasiyası arasında mayın 9-dan etibarən uçuş proqramını tam bərpa etmək barədə razılığa gəliblər. 

Demokrat.az
xəbər verir ki, bu barədə  Rosaviasiyanın nümayəndəsi Artem Korenyako məlumat verib.

O qeyd edib ki, ləğv edilən reyslər cümə axşamı, mayın 8-də “Azur Air” və “SouthWind” aviaşirkətləri tərəfindən yerinə yetiriləcək.

Həmçinin vurğulanır ki, türk hava daşıyıcısı mayın 9-da öz cədvəlinə əlavə uçuşların daxil edilməsi imkanları üzərində işləyir.


Əfsanə Kamal
Demokrat.az



Chosen
0
1
demokrat.az

2Sources