EN

Hüseynin Rusiyada yaşayan qardaşı ortaya çıxdı

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Rusiyada yaşayan qardaşı ortaya çıxıb.

Musiqiçi qardaşının adının Pərviz olduğunu deyib. Hüseyn bildirib ki, bunu heç kim bilmir:

“Bircə ailəm bilir. Rok ifaçısıdır. Orada Stas adında tanınır. Atamın birinci ailəsindən olan övladıdır. Danışırıq, bayramlarda məni təbrik edir. Onu tapanda o qədər ağladım ki… Onu 7 il əvvəl tapdım. Sonuncu dəfə 1990-cı ildə görmüşdüm. Azərbaycana gəlmişdi, 1 il bizdə qaldı. Sonra getdi. Onu axtarırdım və sosial şəbəkədən tapdım”.

Pərviz “Günaydın, Azərbaycan” verilişinə telefonla zəng edib.(Axşam.az)

https://ok.ru/videoembed/9713574480596?nochat=1

Chosen
0
1
millitv.net

2Sources