EN

 Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr havada toqquşub

İtaliya Hərbi Hava Qüvvələrinin milli akrobatika komandasına məxsus təyyarələr qəzaya uğrayıb.

Avtosfer.az xəbər verir ki, “Frecce Tricolori” akrobatika komandasına məxsus “MB-339” tipli 3 təyyarə Pantelleriya adasında keçirilən uçuş zamanı havada toqquşub. Qəzadan sonra təyyarələr təcili eniş edib. Təyyarələrdən biri uçuş-enmə zolağından çıxıb.

İki pilot qəza nəticəsində xəsarət almayıb, biri isə ayağının sınığı şübhəsi ilə xəstəxanaya aparılıb.

Chosen
0
2
avtosfer.az

3Sources