Futbol üzrə I Liqada XXV turun oyunları start götürüb.
Offsideplus.az xəbər verir ki, çempion "Qəbələ" çətinlik çəkmədən "Cəbrayıl"ı üstələyib.
"Cəbrayıl"la yanaşı, yarışın digər debütantı "Baku Sporting" da məğlubiyyətə düçar olub. Elman Sultanovun yetirmələri autsayder "Difai" ilə görüşdə hesab açsalar da, gözlənilmədən son 5 dəqiqə qapılarından 2 top buraxıblar.
I Liqa, XXV tur
"Qəbələ" - "Cəbrayıl" 3:1
"Baku Sporting" - "Difai" 1:2