Bakı. Trend:
Avropa İttifaqı dondurulmuş Rusiya aktivlərindən əldə olunanreinvestisiya gəlirlərindən Ukraynaya 1 milyard avro köçürüb.
Trend xəbər verirki, bu barədə Avropa Komissiyasının iqtisadi məsələlər üzrə alinümayəndəsi Valdis Dombrovskis öz “X” səhifəsində məlumatpaylaşıb.
“Bu gün biz Rusiya aktivlərindən əldə olunan gəlirlərdən ibarət,Yeddilik Qrupu tərəfindən hazırlanmış 45 milyard avroluq proqramçərçivəsində Ukraynaya daha 1 milyard avro köçürdük”, - obildirib.
Dombrovskis qeyd edib ki, 2025-ci ildə Ukrayna bu proqramçərçivəsində artıq 6 milyard avro alıb və Avropa Komissiyasıgələcəkdə ona əlavə 12 milyard avro köçürməyi planlaşdırır.