EN

Elmar Bayramovun “Nəfəs” filmi beynəlxalq festivalda mükafata layiq görülüb (FOTO)

Bakı. Trend:

ABŞ-də yaşayan azərbaycanlı rejissor Elmar Bayramovun müəllifiolduğu “Nəfəs” (“Breath”) qısametrajlı filmi Türkiyənin İzmirşəhərində keçirilən II Beynəlxalq Turan Film Festivalında “XüsusiJüri Mükafatı”na layiq görülüb.

Trend xəbər verir ki, bu barədə Diasporla İşüzrə Dövlət Komitəsi məlumat yayıb.

"Türk dünyasının müxtəlif ölkələrindən gələn kino əsərlərininümayişini təmin etdirmək, mədəni əlaqələri gücləndirmək məqsədidaşıyan festivalda ümumilikdə 80 ölkədən 1675 müraciət qəbuledilib. Azərbaycan festivala 32, Türkiyə 324, Qazaxıstan 17,Özbəkistan 13, Türkmənistan 10, Qırğızıstan isə 7 filmlə qatılıb.Türk dünyasının mədəniyyətinə töhfə verən filmlər 10 müxtəlifkateqoriya üzrə mükafatlarlandırılıb. Festival çərçivəsində 3 sərgivə 8 xüsusi tədbir də təşkil edilib..

“Nəfəs” filmi münsiflər heyətinin qərarı ilə insan ruhunundavamlılığı və yaddaşın gücü kimi dərin mövzulara poetik biryanaşma göstərdiyi üçün xüsusi olaraq seçilib. Film Birinci Qarabağmüharibəsində əsir düşənlərə həsr olunub.

Filmdə müharibənin ağır təsirləri, insanların həyatında qoyduğuağır psixoloji fəsadların post-müharibə dövründə də davam etdiyi,müharibə sonrası şəxsiyyətin cəmiyyətə reinteqrasiyasınınçətinlikləri diqqətə çatdırılıb. Çəkilişləri Azərbaycanda aparılanfilm “Old stone pictures” və “Black Garden Company” şirkətlərininAzərbaycan Diasporuna Dəstək Fondu ilə əməkdaşlığı çərçivəsindəistehsal olunub", - məlumatda deyilir.

3-6 may tarixlərində İzmirdə keçirilmiş festival haqqındaətraflı məlumatı aşağıdakı linkdən oxuya bilərsiniz:

https://turanfilmfestival.com/

Qeyd edək ki, 2023-cü ildə Diasporla İş üzrə Dövlət Komitəsininvə Heydər Əliyev Fondunun dəstəyi ilə “Nəfəs” filminin ABŞ-ninNyu-York və Boston şəhərlərində təqdimatı keçirilib.

Elmar
Elmar
Elmar
Elmar
Elmar
Chosen
0
az.trend.az

1Sources