EN

“Made in Azerbaijan” tədris planı üzrə növbəti modul icra olunub » AzadMedia.az



Tədris planı çərçivəsində ADA Universitetinin tələbələrinə əqli mülkiyyətin idarə olunması modulu tədris edilib.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO tərəfindən ADA Universitetinin Biznes Məktəbi ilə İtaliyanın Luiss Universiteti arasında “Qlobal İdarəetmə və Siyasət” (GMAP) ixtisası üzrə ikili diplom magistr proqramının "Made in Azerbaijan" tədris planı çərçivəsində “Əqli mülkiyyətin idarə edilməsi. “Made in”in idarə edilməsi” (“IP management. “Made in’ management”) modulu icra olunub.

Tədris əqli mülkiyyət hüquqlarının qorunmasının əhəmiyyətini, yerli əmtəələrin və xidmətlərin qlobal səviyyədə tanınması məqsədilə onlara dair əmtəə nişanlarının dövlət qeydiyyatı və onun aparılması qaydalarını, eləcə də AZPROMO-nun fəaliyyəti, Agentliyə məxsus əmtəə nişanları və “Made in Azerbaijan” brendinin təşviqi üzrə tətbiq edilən mexanizmləri, o cümlədən ixracatçıların “Uğur hekayələri”ni əhatə edib.
Chosen
0
1
azadmedia.az

2Sources