EN

Yəhudilərin və fələstinlilərin tək çıxış yolu var - bunu anlayana qədər heç biri azad və təhlükəsiz yaşaya bilməyəcək...


"Başqalarının azadlığını məhdudlaşdıranlar özləri heç vaxt azad yaşaya bilməz"... Bu fəlsəfi fikrin nə qədər dərin və dəqiq olduğuna əmin olmaq istəyənlər bu gün Yaxın Şərqdə cərəyan edən proseslərə bir daha baxsınlar.

Bunu "Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.

A.Quliyev daha sonra yazır:

Təbii ki, İsrail hər nə qədər çalışsa da, fələstinliləri qırıb axırlarına çata bilməyəcək... Fələstinlilər də yəhudiləri son nəfərinə qədər məhv edə bilməz. Yəhudi xalqının azad yaşaması üçün fələstinlilərin azadlığına kütləvi şəkildə qəsd edirlər. Bu siyasət davam etdikcə, fələstinlilərin hərbi və terror müqaviməti də davam edəcək. İndi deyin...

Yəhudi xalqı gündəlik, daimi terrorla öldürülmək, əsir və girov götürülmək, oğurlanmaq və sair təhlükələrin altında azad və firavan yaşaya bilərmi? Heç vaxt... Ancaq çıxış yolu var. Bu 2 xalq bir-birilərinin azadlıq hüququna hörmət etməyə məhkumdurlar. Bunu dərk edənə qədər bu xalqların ikisi də daim qorxu altında yaşamaq əsarətinə məhkum edilmiş olacaqlar... Demək, azad yaşaya bilməyəcəklər. ABŞ tarixində quldar ştatlarla azad Ştatların arasında vətəndaş müharibəsinin getdiyi dövrdə prezident Avraam Linkolnun quldarlara bəşəri əhəmiyyətli bir çağırışı olmuşdu: "Qullarınızı azad edin, özünüz də azad olun"!..

Mənaya, baxırsınız? Qulu qandallarda saxlayanlar o qulun bir gün qaçaraq dünənki ağasından qisas alacağının qorxusu altında azad və insan kimi yaşaya bilməz...

Necə də klassik və bütün dövrlər üçün aktual şəkildə deyilib...

Tahir TAĞIYEV

Chosen
0
baki-xeber.com

1Sources