EN

"Qızıl Qlobus"da YENİLİK EDİLDİ

Prestijli "Oskar" mükafatlarının xəbərçisi olan "Qızıl Qlobus" mükafatlarında yenilik edilib. 

BAKU. WS xəbər verir ki, bu dəfə yeni kateqoriya əlavə edilib. 

"Variety"nin yaydığı məlumata əsasən, artıq mərasimdə "İlin ən yaxşı podkastı" kateqoriyası da yer alacaq. 

2026-cı ildə baş tutacaq mərasimdə bu kateqoriyada da yarışılacaq. Gələn ilki "Qızıl Qlobus"un aparıcısı Nikki Qleyzr olacaq.

Xatırladaq ki, builki tədbir yanvarın 5-də keçirilib. 

"Ən yaxşı aktrisa" nominasiyasında "Qızıl Qlobus" Demi Mura, "Ən yaxşı aktyor" nominasiyasında isə "Qızıl Qlobus" Sebastian Stenə təqdim edilib.

İllər sonra ekranlara dönən Demi bu mükafatı "Substance" filmindəki obrazına görə alıb.

Sebastian Stan isə "Qızıl Qlobus"u "A Different Man" filmindəki roluna görə qazanıb.

Chosen
0
far.az

1Sources