EN

SOCAR karbohidrogen ehtiyatlarının idarə olunmasında yeni mərhələyə start verib

Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində (SOCAR) həyata keçirilən transformasiya layihəsi çərçivəsində karbohidrogen ehtiyatlarının idarə olunmasında yeni mərhələyə start verilib.
SOCAR-ın məlumatına görə, bu istiqamətdə SPE/PRMS standartlarına keçid prosesinə başlanılıb.

Layihə çərçivəsində aşağıdakı mərhələlər nəzərdə tutulur:

- I mərhələ – keçid dövrü ərzində 22 əsas yataqda SPE/PRMS sisteminə uyğun idarəetmə modeli tətbiq ediləcək;
- II mərhələ – digər yataqların bu sistemə inteqrasiyası həyata keçiriləcək;
- Pilot layihə – Qərbi Abşeron yatağında daxili resurslarla SPE/PRMS standartlarına uyğun ehtiyat hesablaması aparılacaq.

Chosen
0
5
vergiler.az

6Sources