EN

Ukrayna hərbçiləri 6 rus əsgərini əsir götürüblər

Rusiya qoşunlarının arxasında keçirilən xüsusi əməliyyatlar zamanı Ukrayna ordusunun Xüsusi Əməliyyat Qüvvələrinin bölmələri 6 rus əsgərini təslim olmağa məcbur ediblər.

Herbiand.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin rəsmi Telegram kanalı məlumat yayıb.

Məlumata görə, xüsusilə, kamuflyaj geyimli xüsusi təyinatlı dəstələrin operatorları düşmən mövqeyinə diqqətsiz yaxınlaşıblar. Qısa atışma zamanı ruslar oriyentasiyasını itirərək gizləniblər. Onların uduzduqlarını başa düşməyə vaxtları olmayıb.

Qeyd olunur ki, xüsusi təyinatlı əsgərlər təşəbbüsü əldən vermədən sığınacağa yaxınlaşaraq ruslara qətiyyətlə silahlarını atıb bir-bir sürünərək çölə çıxmağı əmr ediblər. Onlar açıq şəkildə bildiriblər ki, sığınacaq atəşə nəzarət altındadır və müqavimət mənasızdır.

Rus əsgərlər əvvəlcə tərəddüd etsələr də, sonradan gizləndikləri yerdən çıxaraq təslim olublar.

Bəxtiyar CƏFƏRLİ

Chosen
0
herbiand.az

1Sources