EN

Axtarışda olan 4 nəfər Azərbaycana gətirildi

Beynəlxalq axtarışa verilmiş daha 4 şəxs ölkəmizə ekstradisiya edilib.

Yenisabah.az xəbər verir ki, Azərbaycan Respublikasının vətəndaşları Yolçuyev Anar Elmar oğlu, Məlikli Reyhan Mirbala qızı, Aslanov Zamiq Qurbanəli oğlu və Zaxarov Elşən Musa oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.


Telegram kanalımız
Chosen
0
36
yenisabah.az

10Sources