EN

Azərbaycan və Vyetnam arasında qarşılıqlı əlaqələrin uğurla inkişaf etdirilməsi müzakirə olunub (FOTO)

Bakı. Trend:

Mayın 8-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdəsəfərdə olan Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Başkatibi To Lamın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətləəlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, qonağı və onun başçılıq etdiyi nümayəndə heyətiniMilli Məclisdə salamlamaqdan məmnunluğunu bildirən spiker SahibəQafarova bu səfərin ölkələrimiz və xalqlarımız arasında dostluqəlaqələrinin daha da möhkəmlənməsinə və genişlənməsinə töhfəverəcəyinə əminliyini bildirib.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, əsası ötən əsrdəxalqımızın Ümummilli Lideri Heydər Əliyev və Vyetnam xalqının dahioğlu Ho Şi Min tərəfindən qoyulmuş dostluq və əməkdaşlıq əlaqələriAzərbaycan müstəqillik əldə etdikdən sonra uğurla davam edir. Buəlaqələrin inkişafında yüksək səviyyəli səfərlərin və görüşlərinmüstəsna rol oynadığını deyən spiker Sahibə Qafarova dövlətbaşçılarımızın qarşılıqlı səfərlərinin bu münasibətlərindinamikasını müəyyənləşdirdiyini diqqətə çatdırıb.

Milli Məclisin sədri, dünən imzalanmış “Azərbaycan Respublikasıilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığınqurulması haqqında Birgə Bəyanat”ın və digər mühüm sənədlərinəhəmiyyətini qeyd edib, Prezident İlham Əliyevlə aparılmışmüzakirələrin tezliklə öz bəhrəsini verəcəyinə əminliyinibildirib.

Söhbət zamanı ölkələrimiz arasında münasibətlərə mühüm töhfəverən hakim partiyaların - Yeni Azərbaycan Partiyasının və VyetnamKommunist Partiyasının rolu da xüsusi qeyd edilib.

Spiker diqqətə çatdırıb ki, ölkələrimizin beynəlxalqtəşkilatlar, xüsusilə BMT və Qoşulmama Hərəkatı çərçivəsindəkonstruktiv əməkdaşlığı, Vyetnamın ədalətli mövqeyi və ölkəmizinərazi bütövlüyünə və suverenliyinə verdiyi dəstək Azərbaycandayüksək qiymətləndirilir.

İki ölkə arasında münasibətlərin inkişafında parlamentlərinrolundan danışan spiker Sahibə Qafarova bildirib ki, Azərbaycanparlamenti olaraq biz parlamentlərarası əlaqələrimizin inkişafındamaraqlıyıq və bunun üçün yaxşı imkanlar var. Spiker parlamentsədrləri və deputatlar səviyyəsində qarşılıqlı səfərlərinəhəmiyyətini vurğulayıb, parlament komitələri arasında daəlaqələrin inkişaf etdirilməsinin vacibliyindən danışıb.

Milli Məclisin sədri bu sahədə hər iki parlamentdə fəaliyyətgöstərən dostluq qruplarının əhəmiyyətini qeyd edib, qarşılıqlısəfərlərin və görüşlərin əməkdaşlığın inkişafına mühüm təkanverdiyini vurğulayıb. Spiker Sahibə Qafarova bildirib ki,Parlamentlərarası İttifaq, Asiya Parlament Assambleyası kimibeynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin daha dadərinləşdirilməsi üçün yaxşı imkanlar var. Spiker mühümplatformalardan biri olan Qoşulmama Hərəkatının ParlamentŞəbəkəsində də Vyetnam parlamentarilərinin daha fəal iştirakedəcəklərinə inamını ifadə edib.

Azərbaycana səfərindən məmnunluğunu bildirən Vyetnam KommunistPartiyası Mərkəzi Komitəsinin Baş katibi To Lam Vyetnam MilliAssambleyası sədrinin salamlarını çatdırıb və onun adından spikerSahibə Qafarovanı Vyetnama səfərə dəvət edib.

Söhbət zamanı qonaq ölkəmizə bu səfəri çərçivəsində Prezidentİlham Əliyevlə görüşünə, aparılmış müzakirələrə və imzalanmışikitərəfli sənədlərə dair təəsüraflarını bölüşüb. O, Azərbaycanınbeynəlxalq arenada artan nüfuzunun və bölgədə gedən proseslərinVyetnamda diqqətlə izlənildiyini qeyd edib. Qonaq bildirib ki, busəfər çərçivəsində imzalanmış sənədlər xalqlarımızın mənafeyinəxidmət edir və münasibətlərimizi yeni səviyyəyə qaldırır.

Qonaq əsası Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev vəVyetnam xalqının dahi oğlu Ho Şi Min tərəfindən qoyulmuş qarşılıqlıəlaqələrimizin bu gün uğurla inkişaf etdirilməsindən məmnunluğunubildirib.

Dövlətlərarası münasibətlərdə parlamentlərin rolunu yüksəkqiymətləndirən Baş katib To Lam qarşılıqlı səfərlərinintensivliyinin artırılması, parlament komitələri arasındainformasiya və təcrübə mübadiləsi, qanunvericilik sahəsindəəməkdaşlıq, imzalanmış və ratifikasiya olunmuş ikitərəflisənədlərin icrasına nəzarətin artırılması, ASEAN ParlamentAssambleyası və digər beynəlxalq təşkilatlar çərçivəsindəəməkdaşlığın gücləndirilməsi barədə fikirlərini bölüşüb.

Qonağın fikirlərinə münasibət bildirən Milli Məclisin sədriSahibə Qafarova onun da salamlarını Vyetnam Milli Assambleyasınınsədrinə çatdırmağı xahiş edib və həmkarını ölkəmizə səfərə dəvətedib. Spiker Milli Məclisin həmişə qarşılıqlı əməkdaşlığıninkişafına hazır olduğunu diqqətə çatdırıb və bu əməkdaşlığınbundan sonra daha da inkişaf edəcəyinə inamını bildirib. Spikerqonağın Prezident İlham Əliyevlə görüşü zamanı iki ölkə arasındakıəlaqələrin inkişafı ilə bağlı müəyyən edilmiş istiqamətlərin dəparlamentlər tərəfindən dəstəklənməsinə çağırış edib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər mövzularda damüzakirələr aparılıb.

Görüşdən sonra Vyetnam Kommunist Partiyası Mərkəzi KomitəsininBaş katibi To Lam Milli Məclisin Xatirə kitabını imzalayıb.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Məqalədə:
Chosen
0
6
az.trend.az

2Sources