EN

Azərbaycan və Vyetnam arasındakı münasibətlərdə yeni səhifə açılır - Azər Qarayev

Bakı. Trend:

Bu gün Azərbaycan və Vyetnam arasındakı münasibətlərdə yenisəhifə açılır.

Bunu Trend-əaçıqlamasında politoloq Azər Qarayev deyib.

"Azərbaycan ilə Vyetnam arasında siyasi münasibətlər dostluq,qarşılıqlı anlaşma və beynəlxalq hüququn prinsiplərinə hörmətəsasında formalaşıb. İki ölkə müxtəlif coğrafi regionlara mənsubolsalar da, ortaq ideoloji və prinsipial mövqeləri onlarıbir-birinə yaxınlaşdırır.

Hər iki dövlət müstəqillik, suverenlik, ərazi bütövlüyü kimifundamental prinsiplərə sadiq qalır və bu mövzularda daimbir-birini dəstəkləyir. 1992-ci ildə diplomatik münasibətlərinqurulmasından sonra Azərbaycan və Vyetnam arasında siyasi dialoqtədricən inkişaf etməyə başladı. Bu müddət ərzində müxtəlifsəviyyələrdə nümayəndə heyətlərinin qarşılıqlı səfərləri,beynəlxalq təşkilatlarda paralel mövqelər və qarşılıqlı dəstəknümayiş etdirilməsi münasibətlərin möhkəm təməl üzərindəqurulduğunu göstərdi", - o bildirib.

A.Qarayevin sözlərinə görə, siyasi əlaqələrin daha dagüclənməsində beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq xüsusiyer tutur.

"Hər iki ölkə BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalqplatformalarda bir-birinin təşəbbüslərinə dəstək verir. Siyasidialoqun ən yüksək səviyyəyə çatdığını göstərən mühüm hadisələrdənbiri isə 2025-ci il mayın 7-də Vyetnam Kommunist Partiyası MərkəziKomitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri oldu. Bu,Vyetnamın ali siyasi rəhbərliyinin ilk dəfə Azərbaycana etdiyiyüksək səviyyəli səfər kimi tarixə düşdü və bunu ikitərəflimünasibətlərdə yeni mərhələnin başlanğıcı adlandırmaq olar.

Baş katib To Lamın Prezident İlham Əliyevlə keçirdiyi görüşzamanı regional və beynəlxalq gündəlikdəki aktual məsələlər,strateji əməkdaşlıq perspektivləri, həmçinin, siyasi dialoqun dahada intensivləşdirilməsi yolları müzakirə olundu. Səfər çərçivəsindəimzalanan bir sıra əməkdaşlıq sənədləri, o cümlədən, “AzərbaycanRespublikası ilə Vyetnam Sosialist Respublikası arasında StratejiTərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat”ın qəbul edilməsigələcəkdə qarşılıqlı dəstəyin institusional əsasda davametdiriləcəyini göstərir. Siyasi münasibətlərin inkişafı, eynizamanda, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlıq üçün dəetibarlı zəmin yaradır", - politoloq qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan və Vyetnam arasında ticarətəlaqələri son illərdə nəzərəçarpacaq dərəcədə inkişaf edib.

"Əsas ticarət sahələri arasında neft-kimya məhsulları, kəndtəsərrüfatı malları və dərman preparatları üstünlük təşkil edir.Azərbaycan tərəfi üçün Vyetnam Asiya bazarına çıxış nöqtəsi kimixüsusi əhəmiyyət daşıyır, Vyetnam isə Azərbaycanı Mərkəzi Asiya vəQafqaz regionuna inteqrasiya üçün mühüm tərəfdaş kimi görür.

İki ölkə arasında son illərdə ticarət dövriyyəsi azalsa da, buistiqamətdə geniş imkanlar mövcuddur. Belə ki, 2022-ci və 2023-cüillərdə ticarət dövriyyəsi 594.6 milyon və 482.1 milyon dollartəşkil edib ki, bu rəqəmlərə və bu rəqəmlərdən daha yüksəkgöstəricilərə yenidən çıxmaq mümkündür. Dövlətimzin başçısının daötən gün dediyi kimi, biz ticarət dövriyyəmizi daha dabalanslaşdırılmış formada görmək istərdik və bunun üçün, təbii ki,qarşılıqlı informasiya mübadiləsi lazımdır: "Hansı layihələrölkələrimizdə həyata keçirilir, investisiya imkanları nədənibarətdir, qaydalar, qanunvericilik bazası, vergi inzibatçılığı -bütün bu məsələlər biznes dairələri üçün gərək aydın olsun". Ötəngün sənədlərin mübadiləsi zamanı SOCAR ilə Vyetnam arasındaimzalanan sənədlərin mübadiləsi də gələcəkdə ticarət dövriyyəsinin,əlaqələrin daha genişlənməsinə yardım edəcək. Ümumiyyətlə, bu ikiölkə arasında ötən gün bir sıra önəmli sənədlərin imzalanmasıgöstərir ki, həm Azərbaycan, həm də Vyetnam bu əməmkdaşlığı vətərəfdaşlığı inkişaf etdirmək niyyətindədirlər", - o bildirib.

A.Qarayev qeyd edib ki, Azərbaycan və Vyetnam xalqları arasındamədəniyyət və təhsil sahəsində əməkdaşlıq da tarixi bağlaraəsaslanır.

"2024-cü ildə Bakıda keçirilən Vyetnam günləri bu baxımdan böyükəhəmiyyət kəsb edir və iki xalq arasında daha dərin anlaşma vədostluğa töhfə verib. Həm Azərbaycan, həm də Vyetnam QoşulmamaHərəkatının üzvü kimi beynəlxalq ədalət və dövlətlərin suverenhüquqlarını dəstəkləyən mövqelər sərgiləyirlər. İqlim dəyişikliyi,BMT islahatları, inkişaf etməkdə olan ölkələrin maraqlarınınmüdafiəsi məsələlərində iki ölkənin mövqeləri yaxınlıq təşkil edir.Azərbaycanın COP29-a ev sahibliyi etməsi fonunda, Vyetnamın butədbirdə iştirakı və iqlim dəyişikliyi ilə bağlı birgə təşəbbüslərdə gələcək əməkdaşlıq üçün zəmin yaradır", - A.Qarayevbildirib.

Politoloq qeyd edib ki, Azərbaycan-Vyetnam münasibətləri yalnızsiyasi və diplomatik deyil, həm də iqtisadi, mədəni və stratejibaxımdan əhəmiyyətli bir müstəviyə keçməkdədir.

"To Lamın Bakıya səfəri və bu səfər çərçivəsində əldə olunanrazılaşmalar bu əlaqələrin dərinləşəcəyinə və yeni layihələrinicrasına start veriləcəyinə əminlik yaradır. İki dost ölkə –Azərbaycan və Vyetnam – qarşıdakı illərdə qarşılıqlı faydalıəməkdaşlıq modelini daha da möhkəmləndirəcəklər", - A.Qarayev əlavəedib.

Chosen
0
1
az.trend.az

2Sources