EN

İxtioz və bullyoz epidermoliz xəstəliklərinin müalicəsinə müasir yanaşma

TƏBİB MASTER-KLAS KEÇİRİB

TƏBİB, Azərbaycan Tibb Universiteti və Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun təşkilatçılığı ilə Yeni Klinikada “İxtioz və bullyoz epidermoliz xəstəliklərinin müalicəsinə müasir yanaşma” mövzusunda master-klas keçirilib.


Tədbirin əsas məqsədi bullyoz epidermoliz xəstəliyinin müalicəsinə müasir yanaşmaların, bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsi və xəstəliyin müalicəsində müasir metodlarının icrası zamanı “Filsuvez” preparatının tətbiqi barədə tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsindən ibarət olub.


TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov tədbirdə çıxışı zamanı tibbi xidmətin keyfiyyətinin artırılması məqsədilə mütəxəssislərin bilik və bacarıqlarının inkişafının önəmini vurğulayıb. O bildirib ki, 2025-ci ilin aprelində Bakı Baş Səhiyyə Mərkəzinə bağlı 1 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserinin bir qrup həkim və tibb işçisi təcrübə mübadiləsi üçün Özbəkistanın Daşkənd şəhərindəki Genodermatozlar Mərkəzinə səfər edib.


Respublika Dəri-Zöhrəvi Dispanseri və digər müvafiq tibb müəssisələrinin dermatoloq, pediatr, neonatoloq və digər ixtisaslı həkimlərinin qatıldığı master-klasda ixtioz və bullyoz epidermoliz xəstəliklərinin müasir müalicə üsulları müzakirə olunub. Tədbirdə bu sahədə beynəlxalq ekspert Dr. Mauricio Torres Pradilla çıxış edib.
Qeyd olunub ki, 2023–2027-ci illəri əhatə edən Tədbirlər Proqramı çərçivəsində ixtioz və bullyoz epidermoliz xəstəliklərinin profilaktikası və müalicəsi üzrə tibb işçilərinin peşəkarlığının artırılması və onların beynəlxalq tədbirlərdə iştirakına xüsusi önəm verilir.

Chosen
0
1
medicalmedia.az

2Sources