EN

Vatikan konklavı ikinci dəfə yeni Papa seçə bilmədi

Roma Katolik Kilsəsinin yeni liderini seçmək üçün Vatikanda konklavda toplaşan kardinallar ikinci dəfədir ki, kimin yeni Papa olacağı ilə bağlı razılığa gələ bilməyiblər. Bunu Sikstin kapellasının damındakı xüsusi borunun qara tüstüsü sübut edir.

Oxuməni.az xəbər verir ki, bu barədə “Vatican News” məlumat yayıb.

Mayın 8-də günortadan sonra 133 kardinalın daxil olduğu konklav yenidən Roma Katolik Kilsəsinin rəhbəri vəzifəsinə namizədlərə səs verəcək. Əgər yeni Papa seçilsə, bacadan ağ tüstü çıxacaq.

Konklavın ilk günündə səsvermənin bir turu keçirilib. İkinci gün, mayın 8-də, günün birinci yarısında iki tur səsvermə keçirilib, günün ikinci yarısına daha iki tur nəzərdə tutulub. Ümumilikdə yeni Papanın seçilməsi proseduru 33 raund səsverməni nəzərdə tutur. Namizəd seçilmək üçün kardinalların üçdə ikisinin dəstəyini almalıdır.

Əgər 33 cəhddən sonra yeni Papa seçmək mümkün olmasa, növbəti mərhələdə seçim son turda öndə olan iki namizəd arasından ediləcək. Yeni Papa sadə səs çoxluğu ilə müəyyən ediləcək.

Almaz Həsənli

Chosen
0
oxumeni.az

1Sources