
Sikstin kapellasında Roma Papasını seçən 133 kardinalın iştirakı ilə səsvermənin ikinci turu keçirilib.
Yeniavaz.com xəbər verir ki, səhər iki səsvermədən sonra kilsənin sobasından qara tüstü çıxmağa başlayıb. Bu isə namizədlərdən heç birinin lazımi səslərin üçdə ikisini toplamadığını göstərir.
Kardinalların ilk səsverməsi bir gün əvvəl baş tutub və bu, üç saatdan çox davam edib.
Roma hakimiyyətinin məlumatına görə, ilk axşam 50 minə qədər insan borunun aydın göründüyü Müqəddəs Pyotr meydanına toplaşıb. Həmişə olduğu kimi ilk səsvermə uğursuz olub.
Digər tərəfdən, hazırkı konklavda kvorum əvvəlki konklavlardan fərqli olaraq ən yüksək olub - 89 səs.
Bundan sonra günün sonuna qədər daha iki səsvermə olacaq.