EN

Kəlbəcərin Zar kəndində 121 milyon manatlıq işlərə start verilir

Bakı. Trend:

Azərbaycanın azad olunmuş ərazilərində bərpa-quruculuq işləriuğurla davam etdirilməkdədir.

Trend-inməlumatına görə, bu işlər çərçivəsində Kəlbəcər rayonunun Zarkəndində də müvafiq işlərə start verilir.

Belə ki, 855 ailəlik Zar kənd yaşayış məntəqəsində birincimərhələdə 547 fərdi yaşayış evinin, sosial obyektlərin, mühəhdiskommunikasiyaların, yol-küçə şəbəkəsinin tikintisi və abadlıqişlərinə başlanılır.

Artıq bununla bağlı Məcburi Köçkünlərin Sosial İnkişaf Fondumüvafiq işləri yekunlaşdırıb və "AMAZONE" Məhdud MəsuliyyətliCəmiyyəti ilə müqavilə bağlayıb. Müqaviləyə əsasən, şirkətə 120 628652 manat ödənilib.

Qeyd edək ki, işlərin həvalə olunduğu "AMAZONE" MMC 2012-ci ildədövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olanşirkətin qanuni təmsilçisi Şükürov Əbülfət Tapdıq oğludur.

Məqalədə:
Chosen
0
2
az.trend.az

3Sources