
İspaniyada Pablo Qonsales adlı 42 yaşlı kişi dostları ilə restoranda nahar edərkən bir qurtum qazlı su içib və nəticədə mədə və qida borusunda ciddi yanıq xəsarətləri alıb.

E-saglam.az xəbər verir ki, bu barədə "Oddity Central" nəşri məlumat yayıb.
Hadisə zamanı şüşənin möhürlü və normal göründüyünü bildirən Qonsales ilk qurtumdan sonra ağzında kəskin yanma hiss etdiyini söyləyib. Daha sonra suyun rənginin sarımtıl olduğunu görüb və ağzını yaxalamağa çalışsa da, vəziyyəti daha da pisləşib.
Qonsales üç həftə ərzində nə su içə, nə də qida qəbul edə bilib. Həkimlərin sözlərinə görə, o yalnız uzun müalicədən sonra tədricən qida qəbul etməyə başlayıb. Lakin tam sağalacağı hələ də dəqiq bilinmir.
İlkin ehtimala görə, suya və ya stəkana təsadüfən təmizləyici vasitə qarışıb. Restoranın sahibi isə bu ehtimalı inkar edir.
Faktla bağlı araşdırma davam edir.
Oxu.az