COP29-un prezidenti Muxtar Babayev Danimarka kralı X Frederik ilə görüşüb.Metbuat.az xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki səhifəsində bildirilib. Görüşdə həmçinin COP30-un prezidenti Andre Korrea du Laqu, Danimarkanın iqlim, energetika və kommunal xidmətlər naziri Lars Aaqaard, həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Samyon Stil iştirak ediblər."Görüş zamanı tərəflər çoxtərəfli münasibətlər sisteminin qorunması üçün dünya ictimaiyyətinin diqqətinin zəruri olan addımlara cəlb edilməsi yollarını, həmçinin COP29-da qəbul edilmiş qərarların icrasını, COP30-un uğurla keçirilməsi imkanlarını müzakirə ediblər", - məlumatda qeyd olunub.