EN

Leps jurnalistin sualına əsəbləşdi - "At, madyan, mən sənin ərin deyiləm"

Məşhur rusiyalı müğənni Qriqori Leps şəxsi həyatı ilə bağlı verilən sualdan sonra jurnalistə qarşı kobud davranıb. Hadisə zamanı ifaçı öz əsəbi xarakterini bir daha nümayiş etdirib.

BAKU.WS xəbər verir ki, hadisənin videosu Federal Korrupsiyaya Qarşı Mübarizə Layihəsinin rəhbəri Vitali Borodinin "Telegram" kanalında yayımlanıb.

"Ryumka vodki na stole" hitinin ifaçısı tez-tez tədbirlərdə iştirak edir və media nümayəndələri ilə ünsiyyət qurur. Lakin bu dəfə şəxsi həyatı ilə bağlı verilən sual və jurnalistin söhbət zamanı təsadüfən ona toxunması Lepsi özündən çıxarıb.

Müğənni jurnalistə "Diqqətli ol. Mən sənin ərin deyiləm, dostun da deyiləm. Məni toxunma" deyə sərt şəkildə cavab verib. O, həmçinin jurnalisti təhqir edərək "at", "madyan" kimi ifadələr işlədib və söyüşlər səsləndirib. Leps məkandan uzaqlaşıb, lakin digər jurnalistlərlə müsahibəsini davam etdirib.

Hadisədən qısa müddət sonra müğənni ailəsi, uşaqları barədə danışaraq onları hədiyyə və güllərlə sevindirməyi sevdiyini bildirib. O, həmçinin mətbəxdə işləməyi xoşlamadığını, bu iş üçün ev işçiləri olduğunu əlavə edib.

Qeyd edək ki, bu Lepsin ilk belə qalmaqalı deyil. Ötən il o, konserti zamanı bir tamaşaçının əlindən telefonunu alaraq atmışdı. Səbəb isə həmin şəxsin müğənnini çox yaxın məsafədən çəkməsi olmuşdu.

Xatırladaq ki, mətbuatda Lepsin 19 yaşlı nişanlısı ilə nikahını niyə təxirə saldığı və müğənninin kredit borcları barədə də xəbərlər yayılıb.

Chosen
0
far.az

1Sources