EN

Patrik Şik İngiltərə klublarının maraq dairəsində - ADLAR

"Bayer"in mərkəz hücumçusu Patrik Şik İngiltərə Premyer Liqasına keçə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Caught Offside" məlumat yayıb.

Məlumata görə, çexiyalı hücumçunu heyətinə qatmaqda "Mançester Yunayted", "Çelsi" və "Arsenal" klubları maraqlıdır.

Onun bazar dəyəri 27 milyon avro qiymətləndirilir. Şiklə "əczaçılar" arasında mövcud müqavilə 2027-ci ilin iyununun sonunda başa çatır.

Bundesliqanın cari mövsümündə Patrik 29 oyun keçirib və 19 qol vurub.

Chosen
0
operativmm.az

1Sources