EN

"Türk Hava Yolları" Pakistan və əks istiqamətdə uçuşları ləğv etdi

​BAKI, 8 may. TELEQRAF

"Türk Hava Yolları" aviaşirkəti bölgədəki vəziyyətlə əlaqədar 8 və 9 may tarixlərində Pakistan və əks istiqamətdə uçuşları həyata keçirməyəcək.

Teleqraf xəbər verir ki, bu barədə aviaşirkətin məlumat yayıb.

"Asiyada siyasi sabitliyin olmaması səbəbindən 8 may cümə axşamı və 9 may cümə günü İslamabad və Lahora planlaşdırılmış reyslərimiz ləğv edilib", – deyə məlumatda qeyd edilib.

Şirkətdən bildirilib ki, İstanbul ilə İslamabad və Lahor arasında hər iki istiqamətdə ümumilikdə altı reys dayandırılıb.

Chosen
0
teleqraf.com

1Sources