EN

Ermənistan növbədənkənar seçkiyə gedə bilər- ÖZƏL

"Son günlər Azərbaycanla Ermənistan sərhəddində nisbi sabitlik hökm sürür. Görünür Nikol Paşinyan artan gərginlik fonunda orduda ciddi nəzarəti bərpa etməyə çalışır. Həmçinin Qazaxın üç kəndinin Azərbaycana qaytarılması istiqamətində müəyyən işlər həyata keçirilir". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: "Ermənistanda müxalifət ciddi şəkildə seçkilərə hazırlıq prosesindədir. Parlamentdə müxalifət Nikol Paşinyanın üzərinə açıq şəkildə gedir. Nikol Paşinyan orduda keçmiş Qarabağ klanın mövqeyinin qaldığından seçki öncəsi ordudan müxalifətin istifadə edəcəyindən narahatdır. Ona görə də çalışır ki, ordu üzərində ciddi nəzarəti bərpa etsin.  Paşinyan seçki öncəsi çalışacaq ki, Azərbaycanla sərhəddə atəşkəsə əməl etsin. Amma, ordu daxilində təxribatçı qruplar atəşkəsi pozması mümkündür. 
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması seçkilərdən sonra baş tutacaq. Seçkilərdən sonra Ermənistan referenduma gedib, Konustitusiyanı dəyişməsi mümkündür. Təbii ki, Ermənistanda növündənkənar seçkilərdə mümkündür. Çünki, seçkilərin keçirilməsinə kimi müxalifət ciddi şəkildə toparlanmağa çalışır. Müxalifətin güclənməsinin qarşısını almaq üçün N. Paşinyan növbədənkənar seçkiyə gedə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
0
3
olaylar.az

4Sources