EN

Futbolçunu təhqir edən məşqçi cəzalanıb

U-15 Qızlar liqasının 1/4 final mərhələsi çərçivəsində keçirilən “Şəfa” – “Ümid” oyununda yaşananlara hüquqi qiymət verilib.

İdman.biz xəbər verir ki, AFFA-nın İntizam Komitəsi görüşün 36-ci dəqiqəsində baş verənlərin günahkarlarını cəzalandırıb.

“Ümid”in köməkçi məşqçisi Hürzad İsmayilova rəqib komandanın oyunçusunu təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq texniki zonadan kənarlaşdırılıb. AFFA onu 5 oyunluq cəzalandırıb.

“Şəfa”nın futbolçusu Ebru Əmirova rəqib komandanın rəsmi şəxsini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq oyundan kənarlaşdırıldırılıb. Onun cəzası 4 oyun olub.

İdman.biz

Chosen
0
idman.biz

1Sources