EN

"30 il sonra Zelenski ölkənin sərvətlərilə təhlükəsizliyi qorumağın yollarını axtarır" - Deputat

“Biz bu gün 44 günlük savaşdan geri dönəndə bu proseslərin hamısının mənbəyində Heydər Əliyevin hansısa atdığı təməli görə bilirik".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisdə keçirilən xüsusi iclasda çıxışı zamanı deputat Fazil Mustafa deyib.

"Bizim özümüz də vaxtilə Heydər Əliyevə qarşı müxalifətdə olan insanlar belə bu yeniləşmiş baxışı qəbul elədilər və səmim şəkildə Azərbaycan dövlətinin o dönəmində həqiqətən onun gördüyü müstəsna işləri dərk etmiş olduq”, - deyə deputat bildirib.

F.Mustafa qeyd edib ki, biz 1994-cü ildə neft siyasəti ilə Azərbaycan cəmiyyətinin, dövlətinin qorunması məsələsini həll etdik: "30 il sonra Zelenski gecikmiş şəkildə ölkənin mümkün sərvətləri ilə müstəqilliyi və təhlükəsizliyi qorumağın yollarını axtarır. Tarixi müqayisə onu göstərir ki, haradasa 30 il gecikmə hansısa dövlətin müstəqilliyini itirməyə qədər gətirib çıxara biləcək prosesləri körükləyir".

Chosen
0
3
adalet.az

6Sources