Dünən gecə UEFA Çempionlar Liqasının yarımfinalında keçirilən PSJ - "Arsenal" oyunundan sonra ictimai asayişi pozan 43 nəfər saxlanılıb.

Offsideplus.az xəbər verir ki, təhlükəsizliyi qorumaq məqsədilə Fransanın paytaxtı Parisdə 2000 polis işçisi növbədə olub.

Buna baxmayaraq, matçdan sonra xoşagəlməz hallar yaşanıb.

Belə ki, qarışıqlıq zamanı avtomobil bir piyadanı vurub. Bu, fanatları qəzəbləndirib və onlar maşına xələl yetiriblər.

Qeyd edək ki, PSJ "Arsenal"a 2:1 hesabı ilə qalib gələrək finala yüksəlib.