EN

Tusk Ərdoğanın bu hədiyyəsinə görə həbs edilə bilər

Polşanın baş naziri Donald Tuska Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın hədiyyəsinə görə cinayət işi açıla bilər.

Milli.Az xəbər verir ki, bu barədə "Rzeczpospolita" qəzeti yazır.

Belə ki, Ərdoğan Tuska Polşa kansleri Anjey Zaluskinin Osmanlı İmperiyasının baş vəzirinə 1745-ci il tarixli məktubunu təqdim edib. Tusk hədiyyənin fotosunu "X" sosial şəbəkəsindəki səhifəsində yerləşdirib.

Polşa qanunvericiliyinə görə isə minimum əmək haqqının yarısından artıq məbləğdə (təxminən 197 dollar) hədiyyə almış məmur onu aldığı tarixdən 30 gün ərzində qeydiyyatdan keçirməlidir.

Tuskun aldığı nadir əşyanın dəyəri bu məbləğin yarısını çox ötür, lakin hədiyyə hələ də qeydə alınmayıb.

Polşanın baş naziri bu unutqanlığına görə üç ilə qədər həbslə üzləşə bilər.

Fidan
Milli.Az

Chosen
0
milli.az

1Sources