Ukrayna müharibənin 1170-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 961 970 hərbçi, 10 782 ədəd tank, 22 429 ədəd zirehli döyüş maşını, 27 552 ədəd artilleriya sistemi, 1 379 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 156 hava hücumundan müdafiə sistemi, 372 ədəd hərbi təyyarə, 335 ədəd helikopter, 47 604 ədəd avtomobil texnikası, 35 407 ədəd PUA, 3 197 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 875 xüsusi avadanlıq itirib.