
Ukrayna ordusu Xarkov vilayətinin Liptsy şəhəri yaxınlığında mövqelərini bərpa edə bilib.
Reyting.az xəbər verir ki, bu barədə “DeepState” analitik layihəsi məlumat yayıb.
Cəbhənin yenilənmiş xəritəsinin şərhində deyilir ki, Ukrayna Müdafiə Qüvvələri Liptsy yaxınlığında mövqelərini bərpa edib.
“Ukrayna Milli Qvardiyasının 13-cü briqadası Müdafiə Qüvvələrinin digər bölmələri ilə birlikdə Xarkov vilayətinin Liptsy şəhərinin şimalında meşə sahəsinin azad edilməsi üzrə genişmiqyaslı əməliyyatı başa çatdırıb. İşğaldan çıxarılan ərazinin ümumi sahəsi 2 milyon kvadratmetrdən çoxdur”,- məlumatda qeyd edilib.
Xatırladaq ki, meşə təsərrüfatı uğrunda döyüşlər beş ay yarım - 2024-cü ilin noyabrından davam edib.
“DeepState”nin mayın 7-i axşam saatlarına olan məlumatına görə, Donetsk vilayətinin Novoolenovka, Aleksandropol və Leonidovkada rusların irəliləyişi qeydə alınıb.
E. KAMAL