EN

Rusiya ilə ABŞ arasında ticarət dövriyyəsi 1,5 dəfə artıb

Mart ayında Rusiya ilə ABŞ arasında ticarət dövriyyəsi son iki ilin ən yüksək səviyyəsinə yüksəlib.

Bu barədə Rusiya mediası Amerika statistika xidmətinin məlumatlarına istinadən məlumat yayıb.

Fevralda iki ölkə arasında ticarət dövriyyəsi 389,4 milyon dollar təşkil edib, martda isə bu, xeyli artaraq 573,4 milyon dollar olub. Bu, ticarət həcminin 628,5 milyon dollar təşkil etdiyi 2023-cü ilin martından bu yana maksimal göstərici olub.


Agentliyin qeyd etdiyi kimi, bu, Rusiya ixracının artımı hesabına baş verib. İxrac  339,6 milyon dollardan 523,45 milyon dollara qalxıb. ABŞ 219 milyon dollara gübrə, 87,5 milyon dollara platin, 6 milyon dollara faner və 5 milyon dollara fosfat idxal edib.


Amerika məhsullarının Rusiyaya çatdırılması isə fevral ayı səviyyəsində qalıb - təxminən 50 milyon dollar. Rusiya Amerikadan vaksinlər, tibbi alətlər, qida məhsulları və digər avadanlıqlar idxal edib.

Tural

Chosen
0
news365.az

1Sources