EN

Bakı şəhər prokuroru: Prokurorluq orqanları cinayətkarlara qarşı mübarizəni yüksək səviyyədə aparır

Cinayətkarlara qarşı mübarizədə prokurorluq orqanları öz peşə fəaliyyətini yüksək səviyyədə yerinə yetirir.

"Report" xəbər verir ki, bunu Bakı şəhər prokuroru Elşən Abbasov Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir və Bakı şəhər prokurorluğunun inzibati binasının yeni korpusunun açılış mərasimində deyib.

O bildirib ki, prokurorluq orqanlarında vətəndaş məmnunluğu üstün tutulur:

"Yeni istifadə verilən binalar, prokurluq orqanların infstrukturun yaxşıladırılması onların peşə fəaliyyətinin də yüksək tutur. Ona görə yeni korpusun müasir şəraitinin Bakı şəhər prokurorluğunun fəaliyyətinin daha da səmərəli və məhsuldar olmasına töhfə verəcəyinə inanıram".

Chosen
0
6
report.az

9Sources