EN

PSJ-nin baş məşqçisi Fransa çempionatını fermerlər liqası adlandırıb

PSJ-nin baş məşqçisi Luis Enrike komandasının Çempionlar Liqasının finalına çıxmasından danışarkən Fransa çempionatının fermerlər liqası olduğu ilə bağlı zarafat edib...

Poliqon bu barədə ESPN-ə istinadən xəbər verir.

"Fermerlər Liqası, elə deyilmi? Biz fermerlər liqasıyıq. Amma bu, əladır. Nəticədən və komandamızla bağlı təriflərdən razıyıq. Bu, gözəldir", deyə Enrike bildirib.

Qeyd edək ki, "Park des Princes" stadionunda keçirilən PSJ - "Arsenal" oyunu 2:1 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb. 27-ci dəqiqədə ilk qolu PSJ-nin yarımmüdafiəçisi Fabian Ruiz vurub. 69-cu dəqiqədə Vitinya penaltini qaçırsa da, 72-ci dəqiqədə Əşrəf Hakimi hesabı 2:0-a çatdırıb. "Arsenal"ın hücumçusu Bukayo Saka 76-cı dəqiqədə qol vurmağı bacarıb.

İngiltərədə baş tutan ilk görüş 1:0 hesabı ilə PSJ-nin xeyrinə başa çatıb.

Poliqon.info

 

Chosen
0
poliqon.info

1Sources