Bakı. Trend:
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON Holding)tərkibində fəaliyyət göstərən “Aztelekom” MMC-nin əməkdaşı NicatSəfərov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ciildönümü münasibətilə təşkil olunan yürüşdə iştirak edərək 3751metr hündürlüyü olan "Heydər Zirvəsi"nə qalxıb.
Zirvədə “Aztelekom” əməkdaşlarının imzaları ilə Azərbaycan və“Aztelekom” bayraqları dalğalandırılıb.
Qeyd edək ki, uğurla yekunlaşmış “Onlayn Azərbaycan”meqalayihəsinin əsas operatoru olan “Aztelekom” genişzolaqlı vəmobil şəbəkə təhlilləri üzrə qlobal şirkət “Ookla” tərəfindən“Speedtest Award for Fastest Fixed Network” (Ən sürətli SabitŞəbəkə üzrə Speedtest Mükafatı) və rəqəmsal transformasiyaməsələləri üzrə 45 illik beynəlxalq təcrübəyə sahib olan nüfuzlu“İDATE” şirkəti tərəfindən “Ev Təsərrüfatlarının Genişzolaqlıİnternetə Qoşulmasının İnkişafı ilə Bağlı Ən Yaxşı Təcrübə” (BestPractice of Home Broadband Development Award) mükafatlarına layiqgörülüb. Hər iki mükafat ölkə tarixində ilk dəfə olaraq sabitşəbəkə internet provayderinə təqdim edilib.