EN

Özbəkistanın kommunikasiyaya məsul şəxsləri Azərbaycanın müxtəlif dövlət orqan və qurumlarının fəaliyyəti ilə tanış olublar

Özbəkistandan olan kommunikasiyaya məsul şəxslər mayın 7-də Azərbaycanın müxtəlif dövlət orqan və qurumlarının fəaliyyəti ilə yaxından tanış olublar.

Medianın İnkişafı Agentliyindən AZƏRTAC-a bildirilib ki, Özbəkistan nümayəndə heyəti Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Vergi Xidməti, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, SOCAR, Əmlak Məsələləri Dövlət Xidməti və Dövlət Gömrük Komitəsində görüşlər keçirib.

Görüşlərin məqsədi hər iki ölkənin dövlət qurumları arasında kommunikasiya sahəsində qarşılıqlı təcrübə mübadiləsinin aparılması, mətbuat xidmətlərinin fəaliyyəti və media ilə iş mexanizmləri üzrə qabaqcıl yanaşmaların öyrənilməsi olub. Eyni zamanda, aidiyyəti qurumların iş prinsipləri, strateji hədəfləri, prioritetləri və gördüyü işlər barədə Özbəkistandan olan nümayəndə heyətinə geniş təqdimat edilib.

Diqqətə çatdırılıb ki, görüşlər informasiya mübadiləsinin genişlənməsinə, peşəkar əlaqələrin qurulmasına və kommunikasiya sahəsində beynəlxalq təcrübənin paylaşılmasına zəmin yaradır.

Chosen
0
10
ekologiya.az

10Sources