EN

"Rusiya-Azərbaycan əlaqələrində strateji problemlər var"

"Prezident İlham Əliyevin paradda iştirak etməsi barədə rəsmi məlumat yox idi. Ukrayna prezidenti Volodimir Zelenski Moskvada paradın keçirilməsinə imkan verilməyəcəyini elan etmişdi. Bir neçə dövlət başçısının təhlükəsizliyi səbəbi ilə paradda iştirak etməyəcək. Çünki, Ukrayna PUA ilə  kifayət qədər Rusiyanın havadan müdafiə sistemlərini yarıb, təhlükəsizliyi təhdid edir".

Redaktor.az xəbər verir ki, bunu politoloq Məhəmmə Əsədullazadə deyib. Politoloq bildirib ki, Rusiya-Azərbaycan əlaqələrində problemlər var və bu da Kremldən qaynaqlanır:

"İki ay bundan əvvəl prezident İlham Əliyevin paradda iştirakı barədə yazanda iştirak etməyəcəyinə ehyam vurmuşdum. Təbii ki, Rusiya-Azərbaycan əlaqələrində strateji problemlər var. O, problemlər məhz Kreml tərəfindən qaynaqlanır. Rusiya Azərbaycanın mülki təyyarəsi ilə bağlı istintaqı gecikdirir, həmçinin rəsmi şəkildə üzr istənilmədi.

Üç günə Kiyevi tutacağını elan edən Rusiya rəhbərliyi, üç il keçdikdən sonra Ukrayna hərbi PUA-ları Moskva səmasına hakimdir və Rusiyanın təmtəraqla hazırlaşdığı parada imkan vermir.

Ukrayna dövlətçiliyinin ləğvini qarşısına qoyan Vladimir Putin bundan sonra, Ukrayna ilə bağlı real və praktik addımlar ataraq sülh müqaviləsi üzrə danışıqlara başlayarsa, ölkəsini bu izolyasiyadan çıxara bilər".

Vasif ƏLİHÜSEYN 

Chosen
0
redaktor.az

1Sources