Rusiya prezidenti Vladimir Putinin elan etdiyi üç günlük atəşkəs bu səhər qüvvəyə minib.
Modern.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirlib ki, Rusiya pilotsuz təyyarələri və ballistik raketlərinin bir neçə gecə gün davam edən güclü hücumlarından sonra bu gün Ukraynanın böyük şəhərlərində sakitlik yaranıb.
Xatırladaq ki, Kreml Rusiya prezidenti Vladimir Putinin qərarı ilə mayın 8-i saat 00:00-dan mayın 11-i saat 00:00-a qədər atəşkəsin tətbiq ediləcəyini açıqlayıb.