EN

Xaçmazın ədəbi “Ulduzlar”ı

Xaçmaz Rayon İH və Quba–Xaçmaz Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Murad Qudyalçaylı adına “Ulduzlar” ədəbi məclisinin 65 illik yubileyi qeyd edilib.

Mərasim Xaçmaz Tarix Diyarşünaslıq Muzeyində “Ulduzlar”ın üzvlərinin əsərlərindən ibarət sərgiyə baxışla başlayıb. Muzeyin konfrans zalında məclisin fəxri üzvü, “Bayraqdar media”nın baş redaktoru, Əməkdar jurnalist Azər Həsrətin aparıcılığı ilə davam edən tədbirə Azərbaycan Yazıçılar Birliyinin (AYB) təmsilçiləri də qatılıblar.

Əvvəlcə “Ulduzlar”ın sədri, şair Fərzalı Ziyanur məclisin yaranma tarixi və bugünədək keçdiyi yol barədə məlumat verib. Sonra çıxış edən RİH başçısının müavini Günel Nürəddinova “Ulduzlar”ın yubileyi münasibətilə rayon rəhbərliyinin fəxri fərmanını məclis sədri Fərzalı Ziyanura təqdim edib. Regional Mədəniyyət İdarəsinin nümayəndəsi Fərid Musayev də məclisə təbriklərini çatdırıb.

AYB sədrinin müavini, Əməkdar mədəniyyət işçisi Rəşad Məcid birliyin sədri Anarın yazılı təbrikini “Ulduzlar”a təqdim edərək, məclisin timsalında bölgədə ədəbiyyatın inkişafından, bu işə dövlətin dəstəyindən danışıb, Xaçmazın qaynar ədəbi həyatı ilə fərqləndiyini vurğulayıb. “Ulduzlar”ın ədəbi məclsinin sədri Fərzalı Ziyanurun Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edildiyi bildirilib və ona vəsiqə təqdim edilib.

Tanınmış şair, AYB Quba bölməsinin rəhbəri Ramiz Qusarçaylının da çıxışı maraqla dinlənilib. O, həm məclisin adını daşıdığı Murad Qudyalçaylı, həm də “Ulduzlar”la bağlı fikirlərini bölüşüb, bu məclisin Şimal bölgəsində ən fəal ədəbi birlik olduğuna diqqəti cəlb edib.

Daha sonra Xaçmaz rayon Ağsaqqallar Şurasının sədri Məhərrəm Abasov, “İlham çeşməsi” ədəbi məclisinin sədri Böyükağa Ağa, “Söz işığında” ədəbi məclisinin sədri Səyyad Sərraf, “Ulduzlar”ın yaxın dostu, həkim-şair Nazilə Gültac, Şabrandakı Xaqani adına Poeziya Evinin rəhbəri Aybəniz Əliyar, Qubadakı “Gülüstan” ədəbi məclisinin sədri Şixəmməd Seyidməmmədov, şairlər Səbuhi Hacıxanlı, Güləli Bağban, Ayaz Səlimxanoğlu və muzey direktoru Pakizə Mehdiyeva ürək sözlərini dilə gətiriblər.

XQ

Chosen
0
xalqqazeti.az

1Sources